Daxildəki həqiqi kimliyini unudur insan. Egosuna sığınır, kainatın işləmə şəklini öyrənmək əvəzinə özünə uyğun düzən yaradır. Yaratdığı düzənə o qədər aşina olur ki, bunun doğru olduğuna inanıb, heç kainat və onun işləmə şəkli barəsində düşünmür. Odur ki, unudur bu dünyaya Təkamül üçün gəldiyini. Kimlik olaraq aldığı və almadığı mənəvi dəyərləri və hadisələr olaraq zehnindən yayınlanan həyat ssenarisi birləşərək ona işarətlər, siqnallar verirlər. Hər kəsin qəbul etdiyi insan olmaq, əzbərə baxdığı aynadan ayrılıb, heç nəyi sorğulamadan yaşamaq üçün çalışdığını zənn edib, pula, şöhrətə, statusa qul olmaqdır. Nə qədər çox eqonun əsirisənsə, o qədər çox sənə baş əyənlər tapılacaq. Nə qədər çox qalxarsansa, o qədər çox həqiqi kimliyindən uzaqlaşar, yaratdığın saxta kimliyin ilə xoşbəxt olduğunu zənn edərsən. Aldandığının ilk başda fərqində olmayacaqsan. Uğurlu davam edərsə, heç zaman fərqində olmadan xoşbəxt olduğuna inandıraraq özünü davam edə də bilərsən. Lakin hara qədər? Qocaldıqca açılan o pəncərə həqiqi səni sənə xatırladacaq, lakin bunu dərk etməyin həyat hekayənə yenidən əl gəzdirməyinə şərait yaratmayacaq. Həqiqi kimlik, yaratdığın “Mən” öldükdən sonra üzə çıxır. Həqiqi kimlik əslində kimliksizlikdən ibarətdir. Egodan sıyrılaraq, Yaradanla bir bütün olub, onun titrəşimində dünyaya təzahürlər edə bildiyin halda, egonun oyununa gəlməyib, təslimiyyətdə qalmağındır. Maddi dünyanı buraxdığını deyib, eqodan qaynaqlı hirs ilə daha çoxunu əldə etmək üçün bu yola girənlər də az deyil. Kainatın işləmə şəkli ona görə mükəmməldir ki, frekans olaraq tam kimliksizliyə yaxınlaşanlara hansı yoldan getməli olduqlarını göstərir. Onlar əsla yanılmırlar, çünki yolun öz təzahürlərindən yayımlanmadığını bilirlər. Yalanlarla özünü göstərməyə çalışanlar isə yolu eqoları ilə çizdiklərindən sadəcə bir yerə qədər addımlaya bilirlər. İlahi Ədalət, qəlb evindən çıxan titrəşimlər ilə düzənlənir. Heç kəs haqq etdiyindən artığını qazanmır. Hər şey lazım olan şəklindədir. Həqiqi kimlik axtarışı titrəşimi bir dəfə yayıldımı, “ruhun oyanması” prosesi başlayır.