Geri

“Düşünürsən, amma xəyallarını yaşamırsan”

İnsan – düşünən varlıqdır. Baxmayaraq ki, bu gün düşünməkdən qaçırıq. Texnologiya inkişaf etdikcə, öz ağlımızı daha az işlətməyə meyllənirik. Amma hələ də – bəzən, qısa anlarda olsa da – düşünürük. Lakin bir şeyi demək olar ki, unutmuşuq: xəyal qurmağı. Unutmuşuq, çünki içimizdəki Yaradıcını unutmuşuq. Xəyallar bizə artıq mümkünsüz görünür, başqasının reallaşdırdığı bir fikir isə bizə “mümkün” kimi gəlir. Elə buna görə də, ixtisas seçərkən belə, ürəyimizin səsini yox, ətrafın gözləntisini dinləyirik. Seçdiyimiz peşə — öz xəyalımız yox, başqalarının qəbul etdiyi, "pul qazandırar" deyilən yol olur. Sonra isə başlayır şikayətlər. Çünki təbiətimizdən uzaqlaşırıq. Necə ki, çöldə xoşbəxt və sağlam yaşamaq üçün təbiətə ehtiyacımız var, ruhumuzun da öz daxili təbiəti var — və onu da qidalandırmaq lazımdır. Bir çox insan düşüncə ilə xəyal arasındakı fərqi anlamır. Şikayət edir ki, arzu edirəm, lakin olmur. Pozitiv düşüncə – bəli, bəzən həyatımıza bir şeyləri çəkir. Amma o, hər zaman ruhumuza uyğun olmur. Çünki o, şüurdan gəlir, dərinliksiz ola bilər. Xəyal isə – məntiqi keçən, ürəklə hiss olunan, ruhla çağırılan bir haldır. Ona görə də bir şeyi xəyal edəndə və o gerçəkləşəndə, biz həm məqsədimizə yaxınlaşırıq, həm də frekans olaraq yüksəlirik. Niyə?

Çünki içimizdəki yaradıcı güc o anda aktivləşir. Çünki öz təbiətimizə yaxınlaşırıq. Və bu yaxınlaşma bizi həm maddi, həm də mənəvi rahatlığa aparır. Xəyal qurmaq bu qədər təbii və bu qədər güclü olduğu halda — nə üçün ondan imtina edirsiniz? Sadəcə bir anlıq – dayanıb düşünün.

Tarix: 06.05.2025 Baxış sayı: 458

Bloqlar
Daha çox
“Düşünürsən, amma xəyallarını yaşamırsan”
“Düşünürsən, amma xəyallarını yaşamırsan”
458

İnsan – düşünən varlıqdır. Baxmayaraq ki, bu gün d

06.05.2025 Daha çox
Əllə Toxunmayan Həqiqət
547

İnsanlar məntiq axtarırlar. Tutuna biləcəkləri, gö

06.05.2025 Daha çox
"Əslində sən heç vaxt yad deyildin"
"Əslində sən heç vaxt yad deyildin"
389

Yaradan kainatı elə bir sistemlə qurub ki, insan a

06.05.2025 Daha çox
Ruhun Oyanışı
Ruhun Oyanışı
21

Necə də çətinmiş duyğuları idarə etmək... Allah in

17.05.2025 Daha çox

Kateqoriyalar
Daha çox
Yeni kateqoriya
Yeni kateqoriya