Geri

Əllə Toxunmayan Həqiqət

İnsanlar məntiq axtarırlar. Tutuna biləcəkləri, gözlə görə və əllə toxuna biləcəkləri bir şey... Uşaqlıqdan bizə “Allah baba” anlayışı ilə tanıdılan Yaradan, çoxlarının zehnində bir formaya, bir qəlibə salınır. Amma xatırlatmaq istəyirəm: Allah doğmamışdır və doğulmamışdır. O, dünyada deyil. Çünki başlanğıcda “sadəcə qaranlıq var idi və Allah işığı yaratdı” — yəni, Quantum adlandırdığımız sonsuz ehtimallar içində Yaradanın yaratdığı işıq — dünya — bir seçim idi. O halda, Allah göylərdə deyil. Biz Onu səmada axtarırıq, çünki ruhumuz Onun sonsuzluğunu səma ilə müqayisə edə bilir. Amma həqiqətdə Yaradan içimizdədir. Onu tapmaq istəyən insan, içinə dönməlidir. Çünki beş duyğu ilə bağlandığımız bu dünya — bir illuziyadır. Bu duyğular susduqca, o illuziya da yavaş-yavaş dağılır. Və geridə sadəcə həqiqi kimliyimiz – Yaradanın özü qalır. Allah – insanın bədənlənmədən öncəki halını, ruhunun saf varlığını xatırlama halıdır. Bu mərhələyə çatan insan həm ölümü daddığını, həm də ölümsüzlüyü yaşadığını hiss edir. İnsanlar “Allaha inanıram” deyirlər. Amma çox zaman onlar Allaha deyil – sadəcə, valideynlərinin və yaxın ətraflarının dediyi cümlələrə inanırlar. Çox az insan Yaradanı gerçək mənada araşdırmağa və sorğulamağa cəsarət edir. Çünki sorğulamağın başlanğıcında boşluğa düşürlər – və bu boşluqda egonun yaratdığı qorxu və çarəsizliklə qarşılaşmaq istəmirlər. Ölümün gerçəkliyi onları bu mövzudan uzaqlaşdırır. Onlar unutmağa üstünlük verirlər. Unutduqda isə — sanki olmayacaqmış kimi yaşamaq daha asan gəlir. İnsan unudur. Bu dünyaya gəlməyin tək amacının yemək, işləmək, yatmaq və bir neçə sosial ehtiyacı qarşılamaq olmadığını unudur. Həqiqət isə sadəcə düşünmək, analiz etmək və özünü dərk etməkdən keçir. Amma bu yolu tutduqda — dünyəvi zövqlər arxa planda qalır. Və bu zaman insan qaçmağı üstün tutur. Gördüyünə inanmaq – yəni dünyaya aldanmaq – görmədiyini axtarmaqdan daha rahat gəlir. Və buna “məntiqli olmaq” deyilir. Əslində isə Yaradanla aramızdakı yeganə divar – məntiqin özüdür. Və bu divarı keçmək — o qədər də asan deyil.

Tarix: 06.05.2025 Baxış sayı: 544

Bloqlar
Daha çox
“Düşünürsən, amma xəyallarını yaşamırsan”
“Düşünürsən, amma xəyallarını yaşamırsan”
454

İnsan – düşünən varlıqdır. Baxmayaraq ki, bu gün d

06.05.2025 Daha çox
Əllə Toxunmayan Həqiqət
544

İnsanlar məntiq axtarırlar. Tutuna biləcəkləri, gö

06.05.2025 Daha çox
"Əslində sən heç vaxt yad deyildin"
"Əslində sən heç vaxt yad deyildin"
389

Yaradan kainatı elə bir sistemlə qurub ki, insan a

06.05.2025 Daha çox
Ruhun Oyanışı
Ruhun Oyanışı
16

Necə də çətinmiş duyğuları idarə etmək... Allah in

17.05.2025 Daha çox

Kateqoriyalar
Daha çox
Yeni kateqoriya
Yeni kateqoriya