Geri

"Əslində sən heç vaxt yad deyildin"

Yaradan kainatı elə bir sistemlə qurub ki, insan adlı varlıq baş verən hər hadisənin sanki özündən kənarda baş verdiyini düşünür. Bu ilk baxışda qəribə görünsə də, ruhsal oyanış mərhələsinə daxil olduqda anlayırsan: gün ərzində yaşadığın hər an, əslində, zehnindən yayımlanan bir filmdir. Bəs bu necə baş verir? Suallarla dolu bu prosesi anlamaq üçün əvvəlcə bilməliyik ki, bu sistem doğulduğumuz gündən etibarən eyni şəkildə işləyir. Ruh, bədənlənmədən öncə – yəni hələ arafdaykən – bu həyata gəlməsinin məqsədinə uyğun bir ssenari seçir. Bu ssenari onun mənəvi təkamül yolunu formalaşdıracaq əsas təməli təşkil edir. Dünyaya gəldikdən sonra isə ilk illərdə beş duyğu orqanımızla ətrafı hiss edərik. Sol beynimiz aktivləşənə qədər həyat, hiss etdiklərimiz və diqqətimizi nəyə yönəltdiyimizlə formalaşır. Daha sonra isə həyatımız, uşaqlıqda qavradığımız duyğulara uyğun ssenarilərlə davam edir. İnsan – mükəmməl bir mexanizmdir. Hər kəsin gerçəkliyində yalnız özü var. Amma bu "öz" əslində tək deyil – o, Yaradanın bir parçasıdır. Dünyəvi sistem – əslində, Quantum aləmindəki sonsuz enerjidən ibarət olan Yaradanın bir xəyalıdır. Bu xəyala “yuxu” da demək olar. Hər bir insan, gerçəkdə, özünü özündən gizlətmiş Yaradanın təcəssümüdür. Yaradılışda deyildiyi kimi: "Allah Adəmi yaratdı və ona Öz ruhundan üfürdü." Təkamül isə Yaradanın, insan bədənində yaşadığı illüziyaların içindən keçərək özünü xatırlama prosesidir. Bütün böyük fəlsəfələrin əsasında bu var: özə dönüş.

Tarih: 06.05.2025 Görüntülenme Sayısı: 394

Bloglar
Daha Fazla
“Düşünürsən, amma xəyallarını yaşamırsan”
“Düşünürsən, amma xəyallarını yaşamırsan”
473

İnsan – düşünən varlıqdır. Baxmayaraq ki, bu gün d

06.05.2025 Daha Fazla
Əllə Toxunmayan Həqiqət
557

İnsanlar məntiq axtarırlar. Tutuna biləcəkləri, gö

06.05.2025 Daha Fazla
"Əslində sən heç vaxt yad deyildin"
"Əslində sən heç vaxt yad deyildin"
394

Yaradan kainatı elə bir sistemlə qurub ki, insan a

06.05.2025 Daha Fazla
Ruhun Oyanışı
Ruhun Oyanışı
26

Necə də çətinmiş duyğuları idarə etmək... Allah in

17.05.2025 Daha Fazla

Kategoriler
Daha Fazla
Yeni kateqoriya
Yeni kateqoriya