Geri

Ruhun Oyanışı

Necə də çətinmiş duyğuları idarə etmək... Allah insana şüuru məhz bu səbəbdən verdi – özünü dərk edib idarə edə bilsin deyə.


Hər kəsin həyatında həm çətinlik, həm də gözəllik olur. Kimisi çətinliyi önə çıxarıb zehnini acılarla bəsləyir, kimisi isə gözəlliklərə sarılıb həyatını çiçəkləndirir. İnsanın özünü dərk etməyə başladığı ilk mərhələ – özünü tanımaqdır. Nə istəmədiyini anladığında, nə istədiyini başa düşür insan. Və sonra bir ssenari yazmağa başlayır – öz həyat hekayəsini.

Amma zamanla unudur... Hekayənin həm yazarı, həm də baş qəhrəmanı olduğunu. Günahkar axtarır. “Tale” deyib Allaha isyan edir. Bəzən valideynlərini, bəzən cəmiyyəti, bəzən ilk dostunu, ya da sevgilisini suçlayır. Amma duyğu dəyişmir – hər kəs ona haqsızlıq edib... Aldadıb, incidir, dəyərsiz hiss etdirir.

Unudur… Bütün bunları özünə yenə özü yaşatdığını.

Zehnində qorxuya çevrilən duyğuları özü bəsləmişdi. Onları qəbul etmiş, haqq etdiyini sanmışdı. Hər hadisəni, hər çətinliyi öz enerjisi ilə özü seçmişdi…

Hər insanın həyatında dərin və bilinməz boşluqlar olur – boğulduğu, çaşqınlıq içində qaldığı boşluqlar. Özünü İsa kimi çarmıxa çəkilmiş hiss etdiyi, qurban rolunda olduğu, səbəbləri anlaya bilmədiyi, sorğuladığı anlar…

Və bax, ruh da məhz burada oyanmağa başlayır.

Özünü axtardığın yolda, bildiyin hər şeyi bir anda itirdiyində... Kim olduğunu artıq bilmədiyində. Çünki ruh bədəndən kənara çıxdıqda, illuziya da parçalanır. Dünyanı yaradan zehin egodan azad olduqda, saxta kimliklər yox olur – yerini iç mənliyə buraxır.

Əvvəlki kimi ola bilərmi artıq hər şey?

Əsla!


Bu, bir quantum sıçrayışıdır. Ölmədən əvvəl ölümü dadmaq… Egonu “öldürüb”, yeni kimlik qazanmaq… Tamamilə fərqli bir dünya illuziyasına keçid almaq. Oyanış birdən baş vermir – ruh hazır olduqda yol onu uçuruma qədər gətirir.

Əvvəlcə, çiynindəki yükləri özünün yaratdığını anlayırsan. Sonra onları buraxmağın verdiyi rahatlığı təcrübə edirsən. Səni incidən də sənsən, mükafatlandıran da. Ruhsal oyanışın ilk keçidində qərar artıq verilib. Artıq zehnin bəhanə edə bilməz. Egoya aldanmaq mümkün deyil.

Zehninin idarəsi – sənin duyğularına inandığın qədər mövcuddur. Maddi dünyanın illuziyası, sadəcə, xəyalını bəslədiyin duyğudan ibarətdir.

Ruhsal oyanışa keçmiş insanda artıq maddi istəklər olmaz. Çünki hər şeyin zehnində yarandığını bildiyindən, heç bir şey ona əlçatmaz görünmür. Bir şey sənin üçündürsə, onu almaq üçün mübarizə apararsanmı? Əlbəttə yox.

İdrakın “ölü halı” arzuları əlçatmaz sayır – buna cəhənnəm deyirik.

İnsan öz cəhənnəmini özü yaradır. İztirabını haqq sayaraq onu özü bəsləyir. İndi aynaya bax – gördüyün sən, əminsənmi “mən” dediyin odur?

Bəlkə də sənin “mən” saydığın – sadəcə zehnindir. Eləcə də indi bu məqaləni yazan "mən".

Tarih: 17.05.2025 Görüntülenme Sayısı: 21

Bloglar
Daha Fazla
“Düşünürsən, amma xəyallarını yaşamırsan”
“Düşünürsən, amma xəyallarını yaşamırsan”
457

İnsan – düşünən varlıqdır. Baxmayaraq ki, bu gün d

06.05.2025 Daha Fazla
Əllə Toxunmayan Həqiqət
546

İnsanlar məntiq axtarırlar. Tutuna biləcəkləri, gö

06.05.2025 Daha Fazla
"Əslində sən heç vaxt yad deyildin"
"Əslində sən heç vaxt yad deyildin"
389

Yaradan kainatı elə bir sistemlə qurub ki, insan a

06.05.2025 Daha Fazla
Ruhun Oyanışı
Ruhun Oyanışı
21

Necə də çətinmiş duyğuları idarə etmək... Allah in

17.05.2025 Daha Fazla

Kategoriler
Daha Fazla
Yeni kateqoriya
Yeni kateqoriya