Geri

Sevgi Adlı İllüziya

İlahi sevgi — biz onu bir obrazda hiss etdiyimizi zənn edirik, əslində isə bu, ruhumuzun öz yaratdığı illuziyaya duyduğu heyranlıqdır. Bu, bir rəssamın öz əsərinə saatlarla baxaraq zövq almasına bənzəyir. Məsələ əsl sevgidən gedir – ilahiləşdirdiyimiz o duyğudan. O sevgidən ki, yerə-göyə sığdırmarıq, unuda bilmərik. Bizi yandırsın, əzab versin – yenə də ondan qopmaq istəmərik. Hətta acıya bağlanaraq yaşamağı seçərik.

Bu ağrının bizi böyütdüyünə inanırıq. Ümidlə gözləyirik – bir gün qovuşarıq, bir gün o birlik yaşanar. İçimizdəki qurtarmaq istəyi, bacarmaq hırsı hər gün o duyğudan qidalanır.

Düşünürük: “Birlikdə olsaydıq, çox xoşbəxt olardıq.”

Amma sevgi bir illüziyadır.

Adi münasibətlə sevgi arasındakı fərq də buradadır: sevgidə neqativləri görməzlikdən gəlirik, halbuki adi münasibətdə ən xırda narahatlığı belə qəbul edə bilmirik.

“Sevənlər qovuşmaz” ifadəsini çoxumuz eşitmişik. Bəs heç düşündünüzmü, niyə qovuşmazlar?

Çünki sevgi o qədər güclü bir duyğudur ki, içində inamdan çox itirmək qorxusu gizlənir. Qorxu isə çox zəhərlidir — bir damlası belə bir çox gözəl xəyalları dağıtmağa bəs edir. Və sevgidə qorxu hiss etməyən demək olar ki, yoxdur. Elə bu səbəbdən də, əksər hallarda sevənlərin qovuşması imkansızlaşır.

Yalnız bir halda bu sevgi maddi dünyada gerçəyə çevrilə bilər: hər iki tərəf qarşısındakı insana duyduğu sevgini Yaradandan gəldiyini xatırlayaraq, onu artıq bir “qarşı cins” olaraq deyil, ilahi varlıq olaraq qəbul edərsə…

Məhz o zaman zehnin oyunu dəyişir. Sevgidə artıq “var” və “yox” yoxdur. Pislik də, yaxşılıq da sevgidən yaranır. Maddi dünyada yaranan bu İlahi eşq, ən saf halına çatır. Çünki hər iki ruh – *eyni ilahi toxumdan yaranmış*dır. Zehnin transformasiyasını birlikdə yaşayıb, qovuşurlar. O aləmdə artıq neqativ duyğular yer almır.

Sevginin ən saf halı – onu öz qaynağına, yəni Yaradanına qaytarmaqdır. Əks halda, sevgi sadəcə acı, həsrət və iztirab olaraq qalacaq.

Tarih: 17.05.2025 Görüntülenme Sayısı: 20

Bloglar
Daha Fazla
“Düşünürsən, amma xəyallarını yaşamırsan”
“Düşünürsən, amma xəyallarını yaşamırsan”
481

İnsan – düşünən varlıqdır. Baxmayaraq ki, bu gün d

06.05.2025 Daha Fazla
Əllə Toxunmayan Həqiqət
562

İnsanlar məntiq axtarırlar. Tutuna biləcəkləri, gö

06.05.2025 Daha Fazla
"Əslində sən heç vaxt yad deyildin"
"Əslində sən heç vaxt yad deyildin"
400

Yaradan kainatı elə bir sistemlə qurub ki, insan a

06.05.2025 Daha Fazla
Ruhun Oyanışı
Ruhun Oyanışı
37

Necə də çətinmiş duyğuları idarə etmək... Allah in

17.05.2025 Daha Fazla

Kategoriler
Daha Fazla
Yeni kateqoriya
Yeni kateqoriya